Laçında kinoteatr binasının açılışı oldu – Foto

Laçında kinoteatr binasının açılışı oldu – Foto

İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

AzerTimes xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyi, Bakı abadlıq xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbiçilər iştirak edib.

Açılışı olan kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər kinoteatr binası haqqında danışıblar.

Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan cinema klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında “Mən Burdayam İlahi” adlı Azərbaycan filiminin nümayişi olunub. Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatın alqışlarla qarşılayıb.

Teqlər: