Laçında keçid məntəqəsi qurulmasına Rusiyadan reaksiya

Laçında keçid məntəqəsi qurulmasına Rusiyadan reaksiya

Biz xarici Qərb oyunçularını və öz fürsətçil gündəmləri üzərində işləyən yerli rusofob elementləri vəziyyəti qızışdırmaq cəhdlərinə, o cümlədən Rusiyaya qarşı qarayaxma kampaniyasına qarşı xəbərdarlıq edirik.

AzerTimes xəbər verir ki, bu sözlər Rusiya XİN-in 23 apreldə Azərbaycan Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurması ilə bağlı yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd edilib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımlar qəbuledilməzdir:

“Söhbət Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsindən və ya ondan ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə cəhdlərindən gedir.

Rusiya sülhməramlı kontingentinin (RMK) Qarabağdakı məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahatlığımızı bildiririk. Atəşkəs rejiminin pozulması hallarının və müxtəlif insidentlərin sayının artması, nəticədə hər iki tərəfdən mütəmadi olaraq itkilərin olması, Azərbaycan və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikanın artması da son dərəcə narahatlıq yaradır”.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana mövcud razılaşmalara qayıtmaq üçün müraciət edib:

“Hesab edirik ki, yaranmış problemlərin bir çoxu aylarla davam edən fəaliyyətsizliyin və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların əsas yolları üzrə danışıqlar prosesində irəliləyişin olmamasının, regionda nəqliyyat kommunikasiyaları, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin uyğunlaşdırılmasından qaynaqlanır. Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və bunun öhdəsindən gələ biləcəklər.

Rusiya ona yaxın olan ölkələrə – Azərbaycan və Ermənistana həm siyasi müstəvidə, həm də “yerdə” – Rusiya sülhməramlı komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır”.

Teqlər: