Laçında hərbçilər qəzaya düşdü:

Laçında hərbçilər qəzaya düşdü:

17:28

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.

***

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

Teqlər: