Laçın rayonunda fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi
başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq
İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov aprelin
29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi
ərazisində piyada əleyhinə minaya düşüb. Mina partlayışı
nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən
1992-ci il təvəllüdlü Pərvin Salahov Silahlı Qüvvələrin Baş Klinik
Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün
olmayıb.
P. Salahov hospitalda dünyasını dəyişib.