Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” tədbirlər planına uyğun olaraq Zabux çayının sahilində yabanı halda bitən 850 kiloqram 5215 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.