Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə
hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər
Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və
çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Müdafiə Nazirliyindən (MN) AzerTimes-a verilən məlumata görə, hərbi
qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin
relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq
dərhal axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat
veriləcək.