Laçın yolunun açılması üzrə razılaşma olsa da… – Pakayin

Laçın yolunun açılması üzrə razılaşma olsa da… – Pakayin

Azərbaycanın Laçın yolunda öz suverenliyini təmin etmək haqqı var.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Azərbaycanda Qarabağda erməni separatçılarına silah göndərmək kimi hər hansı təhlükə hiss edərsə, Laçın dəhlizini bağlaya bilər.

Pakayin bildirib ki, Laçın yolunun açılması üzrə razılaşma olsa da, bu yol Azərbaycana məxsusdur.

Sabiq səfir qeyd edib ki, Cənubi Qafqazda davamlı və ədalətli sülhün yaranması üçün ərazi bütövlüyünün tanınması əsas məsələdir.

Teqlər: