Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzerTimes xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, sülhməramlılara məxsus 1 təminat avtomobili Laçından Xankəndi istiqamətinə keçib.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 13-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 10-u isə Rusiya sülhməramlılarına məxsusdur.