Laçın yolundakı pozuntular üçtərəfli bəyanatın müddəalarına zidd olaraq baş verir.
AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.
“Diplomatlarla Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik. Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”, – nazir qeyd edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.