Laçın yolunda sərhəd-keçid məntəqəmizi qurmalıyıq

Laçın yolunda sərhəd-keçid məntəqəmizi qurmalıyıq

Azərbaycan öz ərazilərini işğaldan azad edərək, oranı tikinti mərkəzinə keçirib. Azərbaycanın bir milyon vətəndaşı ata-baba yurduna qayıtmaq arzusundadır. Bu səbəbdən də Azərbaycan müharibədən sonra sülh danışıqlarını istəyir. Amma son iki ildə Azərbaycan təxribatlarla qarşılaşır. Bu təxribatlarda müharibə zamanı özlərini uşaq və qadın qatili kimi göstərən separatçılarla yanaşı, rus sülhməramlılar da iştirak edir.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

O əlavə edib ki, Ermənistan tərəfi ənənəvi olaraq dinc aksiyanı təhrif edilmiş formada dünya ictimaiyyətinə təqdim etməyə çalışır.

Məsimli bildirib ki, sülhməramlılar Üçtərəfli sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Azərbaycan Laçın yolunda gömrük və sərhəd keçid məntəqələri yaratmalıdır.

Teqlər: