Minimum 12, maksimum 24 saat ərzində Laçın yolu açılacaq və humanitar yüklər Xankəndiyə daxil olacaq.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-ləri çıxış edib.
Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 12-24 saat ərzində Laçın yolu vasitəsilə əraziyə humanitar yükün daşınmasına başlayacaq.
Qeyd edək ki, Rusiya Qızıl Xaç Komitəsi tərəfindən Qarabağa göndərilən humanitar yük maşını bu gün Ağdamdan Xankəndiyə gedib.