Laçın yolu məsələsi bu cür həll edilməlidir

Laçın yolu məsələsi bu cür həll edilməlidir

Laçın yolu ilə bağlı mövcud situasiyanın çox sadə həlli var.

AzerTimes xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O, həlli bu cür göstərib:

– Qarabağ ərazisində olan bütün yataqlar Azərbaycan şirkətlərinin idarəetməsi altına keçir;

– Yataqlarda işləyən erməni işçilər Azərbaycan qanunvericiliyi əsasında yeni əmək müqaviləsi bağlayır;

– Qarabağda fəaliyyət göstərən mədən şirkətlərindən alınan bütün vergilər, o cümlədən Azərbaycanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş erməni fəhlələrindən alınan vergilər və ayırmalar Azərbaycanın büdcəsinə köçürülür;

– Separatçıların nəzarətində olan ərazidə təbii sərvətlərin işlənməsi və çıxarılması sahələri Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən mühafizəyə götürülməklə Azərbaycanın mədənçıxarma şirkətlərinin fəaliyyəti üçün zəruri təhlükəsizlik rejimi təmin edilir;

– Xarici audit və hüquq şirkətlərinin cəlb edilməsi ilə Ermənistan büdcəsindən müvafiq kompensasiya ödənilməsi üçün Azərbaycana dəymiş ekoloji və iqtisadi zərərin məbləği müəyyən edilir.

Teqlər: