Laçın sakini bank kartından 2 min oğurladı

Laçın sakini bank kartından 2 min oğurladı

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə iyulun 22-də paytaxt sakini R.Rüstəmovun bank hesabından 2 min manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.

Teqlər: