Laçın rayonuna 10 minə yaxın keçmiş köçkün yerləşdiriləcək

Laçın rayonuna 10 minə yaxın keçmiş köçkün yerləşdiriləcək

Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə – bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik”.

Teqlər: