Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində
qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işləri
aparılacaq.
AzerTimes-ın
məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı
sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün
Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü
illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının
ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə
işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu
ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli
sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin
etməlidir.