Dünən Laçın yolunun girişində quraşdırılan yeni sərhəd keçid məntəqəsindən 11 nəfər istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Caliber” Teleqram kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, avtomobillə səkkiz nəfər Xankəndi-Gorus istiqamətində hərəkət edib, üç nəfər isə ölkəmizin ərazisinə daxil olaraq, Xankəndi istiqamətinə gedib.
O da vurğulanıb ki, erməni təbliğat-təşviqatının ümidsiz və gülünc cəhdlərinə baxmayaraq, heç bir neqativ hal qeydə alınmayıb.