“Laçın” postuna zirehli texnika yeridildi – Foto

“Laçın” postuna zirehli texnika yeridildi – Foto

Xəbər verdiyimiz kimi, 15 iyunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri “Laçın” postunda Bayrağımızı qaldırarkən, Erməni hərbi birliklərinin atəşinə məruz qalıblar və bu təxribat nəticəsində bir gizirimiz yaralanıb. Rus sülhməramlıların hadisə yerinə gəlməsi və araşdırmasından sonra ikinci dəfə Bayrağımızın asılmasına cəhd edilərkən, bu dəfə ermənilər rus sülhməramlılarını da atəşə tutublar.

Bundan sonra DSX cavab tədbirləri görüb və “Laçın” sərhəd-keçid məntəqəsi insidentin araşdırılması, günahkarların tapılmasına qədər bağlanıb.

Əsgərlərimizə qarşı növbəti mümkün təxribatatın qarşısının alınması məqsədilə posta artıq zirehli texnika yeridilib.

AzerTimes sosial şəbəkələrə istinadla sözügedən fotoları təqdim edir:

Teqlər: