Laçın dəhlizi bağlanmamalıdır – Ekspert izah etdi

Laçın dəhlizi bağlanmamalıdır – Ekspert izah etdi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Laçın dəhlizinin bağlanması tələblərinin qəribə səslənməsi” barədə açıqlamasına politoloq Elxan Şahinoğlu dəstək verib.

AzerTimes xəbər verir ki, o, T.Zülfüqarovun tamamilə haqlı olduğunu bildirib.

“Söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir. “Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır. Məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla, Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşlarının ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır. Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır”, – o qeyd edib.

Teqlər: