Laçın dağlarında iki balası ilə gəzən ayı – Foto

Laçın dağlarında iki balası ilə gəzən ayı – Foto

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin faunaya malikdir.

AzerTimes xəbər verir ki, Laçın təbiətində qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir. Bu dəfə isə Laçın dağlarında qonur ayı və balalarının görünməsi diqqəti cəlb edib.

Bir müddət dağ ətəyində müşahidə olunan ayı və balaları daha sonra dağların meşəlik hissəsinə çəkilib. Ayı və balalarının görüntülərini təqdim edirik.

Teqlər: