Laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir – Kristine Lomakina

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyində
fəaliyyət göstərən laboratoriyaların yüksək səviyyədə olması bizi
təəcübləndirdi.

Trend xəbər verir ki, bunu Latviya Respublikasının Dövlət Bitki
Nəzarəti Xidmətinin direktoru Kristine Lomakina Qida Təhlükəsizliyi
İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr
yüksək peşəkarlıqla həyata keçirilir:

“Müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların
fəaliyyəti və bu sahədə mövcud işin davamlı təkmilləşdirilməsi
istiqamətində görülən işlər olduqca təqdirəlayiq haldır. Çox şadam
ki, bizim Tvininq layihəsi çərçivəsində qeyd olunanların hamısı
reallıqda öz bəhrəsini verib. Sizin mütəxəssilər artıq layihə
çərçivəsində öyrəndiklərini tədris edirlər. Həqiqətən də
laboratoriyalarınızın yüksək səviyyədə olması yaxşı mənada bizi
təəcübləndirdi. İrəliyişlər təqdirə layiqdir. Hər zaman inkişaf və
təkmilləşmə üçün şərait var. Təbii ki, metodlar, analizlər,
təhlillər, eləcə də yeni müxtəlif təhlil alətləri inkişaf
etməkdədir. Bu baxımdan, daim və hər zaman inkişaf etməliyik”.

Kristine Lomakina regionda fəaliyyət göstərən laboratoriyaların
iş şəraiti ilə tanış olduqlarını, burada da peşəkar kadrların
çalışdığını qeyd edib: “Ölkənizlə çoxtərəfli əməkdaşlığımız
mövcuddur. Mütəxəssislərimizin regionları da ziyarət etmək imkanı
olub ki, burada da müəyyən naliyyətlərin olduğunu deyə bilərik.
Ümumiyyətlə hər zaman sizə dəstək göstərməyə hazırıq. hazırıq.
Burada gördüklərimdən deyə bilərəm ki, çox işlər görülüb, təbii ki,
daha da irəli getmək də lazımdır”.

Teqlər: