Futbol üzrə İspaniya çempionatının beşinci turunun oyununda “Real” Madrid səfərdə “Valensiya”nı məğlub edib.
Trend xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.
Qolları meydan sahibləri tərəfindən Uqo Duro (66-cı dəqiqə), qaliblər tərəfdən Vinisius Junior (86) və Benzema (88) vurublar.
Madrid klubu 5 turdan sonra İspaniya çempionatında 13 xalla liderdir. Valensiya 10 xalla üçüncüdür.
Növbəti turda “Real” Madrid evdə “Malyorka” ilə, “Sevilya” ilə səfərdə “Valensiya” ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 22-də baş tutacaq.