KXDR qitələrarası ballistik raketi sınaqdan keçirdyini təsdiq edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen
Inın birbaşa göstərişi ilə “Hvason-17” qitələrarası ballistik
raketi sınaqdan keçirdiyini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər yayıb.

Şimali Koreya lideri qeyd edib ki, “KXDR-nin yeni strateji
silahları bütün dünyaya strateji silahlı qüvvələrimizin gücünü bir
daha aydın şəkildə dərk etməyə imkan verəcək”.

Kim Çen In vurğulayıb ki, “milli müdafiə qüvvələri hər hansı
hərbi təhdid və şantaj qarşısında dayanıqlı olan böyük
hərbi-texniki imkanlara malik olacaq və ABŞ imperialistləri ilə
uzunmüddətli qarşıdurmaya tam hazır vəziyyətdə saxlanılacaq”.

Xatırladaq ki, martın 24-də KXDR qitələrarası ballistik raketi
sınaqdan keçirib. Raket 6 200 kilometr hündürlüyə qalxıb və 1 080
kilometr məsafə qət edib.