Xəbər - Trend
Şimali Koreya şənbə günü bir ballistik raket buraxıb.
Trend TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə
Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib.
Nazir hazırda bununla bağlı məlumatın toplanaraq təhlil
olunduğunu bildirib.
“Raketin maksimal uçuş hündürlüyü təxminən 550 km olub, o,
təxminən 300 km məsafə qət edib və Yaponiyanın müstəsna iqtisadi
zonasından kənara düşüb, ərazidə Yapon gəmilərinə heç bir ziyan
dəyməyib”, – nazir bildirib.
Yaponiya müdafiə naziri vurğulayıb ki, KXDR-in raket buraxılışı
BMT Təhlükəsizlik Şurasının hazırkı qətnamələrinin birbaşa
pozulmasıdır və Pekindəki səfirlik vasitəsilə diplomatik kanallarla
Şimali Koreya tərəfinə sərt etiraz bildirildiyini qeyd edib.