Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb.
Onun 83 yaşında olduğu bildirilib.
Qeyd edək ki, bu gün Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.