Son günlərdə Küveytdə hava temperaturu hətta bu Orta Şərq ölkəsi üçün də rekord göstərici sayılır: kölgədə 53,3 dərəcə, günəşdə 70 dərəcə isti.
AzerTimes-ın məlumatına görə, yerli Al Rai qəzeti bildirib ki, bu yay əmirlikdə, beləliklə, son 70 ildə ən isti yay hesab olunur.
Anormal istilər fonunda Küveytin bir neçə bölgəsinin hakimiyyəti əmirlik sakinlərini elektrik enerjisindən daha qənaətli istifadə etməyə, eləcə də yerli enerji sistemində ciddi bir yük yaratdığından evlərdə və ofislərdə köhnə kondisionerləri dəyişdirməyə çağırıb.