Küveytin cənubunda Əhmədi vilayətinin Mankaf bölgəsində baş verən yanğında 39 nəfər həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Küveytin İnformasiya Nazirliyi məlumat yayıb.
“Mankaf bölgəsində iki binada baş verən yanğında 35 nəfərin həyatını itirib, 15 yaralı xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-ü müdaxiləyə baxmayaraq həyatını itirib, 11 nəfəri isə xilas etmək mümkün olub”, – məlumatda bildirilib.