Küveyt Əmiri Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabah parlamenti buraxıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Küveyt Əmirliyi Şurasının məlumatında deyilir.
Bildirilib ki, parlament konstitusion müddəaların pozulması, rəhbər şəxslərə lazımi etimadın göstərilməməsi və məqsədli şəkildə təcavüzkar və nəzarətsiz ifadələr işlədilməsi səbəbindən buraxılıb.