Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
Bu barədə AzerTimes-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinindən bildirilib.
Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar.
Qeyd edək ki, Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Yas mərasimlərin birində 75-dən çox qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.