Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.
Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var:
“Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”.
Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub.