Kütbeyin UTX harada olduğumu bilmir – Kadırov

Kütbeyin UTX harada olduğumu bilmir – Kadırov

Bütün dünya bilir ki, mən Qroznının mərkəzindəyəm, ancaq kütbeyin Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məni tapa bilmir, axtarış elan edib.

AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov UTX-nin onun barəsində axtarış elan etməsi haqda deyib.

“Mən artıq demişəm və təkrar edirəm: UTX-çilər, yer və vaxt təyin edin! Məni axtarmaq lazım deyil. Mən, yeri gəlmişkən, bir neçə dəfə Ukraynada olmuşam və orada mənim tutulmağıma çalışan heç kəsi görməmişəm. Ukraynanın axtarışı, görünür, yalnız internet üçündür, “yerdə” onlar hər hansı real operativ fəaliyyət göstərməyi və mənim yerimi müəyyənləşdirməyi bacarmırlar və bacarmayacaqlar da – elektrik vaxtaşırı kəsilir, belə şəraitdə işləmək çətindir. Bəli, hava sirenləri daim mane olur”, – Kadırov qeyd edib.

Xatırladaq ki, UTX Kadırova qarşı “aqressiv müharibə aparmaq” və “Ukrayna sərhədlərini dəyişdirmək üçün fəaliyyət yürütmək” maddələri üzrə ittiham irəli sürüb və “ibtidai istintaqdan yayındığı üçün” o, ötən gün axtarışa verilib..

Teqlər: