Toqonun Niamtoqo şəhərində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində azı 7 uşaq həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Savan bölgəsinin səlahiyyətliləri məlumat verib.
Bildirilib ki, yeddi ölü ilə yanaşı, daha iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.