Kustar üsulla quraşdırılan soba can aldı

Kustar üsulla quraşdırılan soba can aldı

İsmayıllıda bədbəxt hadisə baş verib.

AzerTimes xəbər verir ki, 1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev rayonun Qəzli kəndindəki evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Teqlər: