Kürün bu məntəqəsində suyun səviyyəsi azaldı

Kürün bu məntəqəsində suyun səviyyəsi azaldı

İyunun 13-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsi 5, Gəncəçayın Zurnabad məntəqəsində 3, Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr artıb.

Kürəkçayın Çaykənd və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsində 2, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr azalıb. Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 275 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 47 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 96 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 322 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 323 kubmetr/saniyə təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 142 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 82 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də 153 kubmetr/saniyə, maksimal su sərfi iyunun 12-si saat 08:00-da saniyədə 155 kubmetrə bərabər olub.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr artaraq 396 santimetr, su sərfi isə 152 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-si saniyədə 146 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 147 kubmetr/saniyə təşkil edib.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 171 santimetr olub. Məntəqədə orta səviyyə iyunun 12-də 175 santimetr, maksimal səviyyə isə iyunun 12-si saat 08:00-da 177 santimetrə bərabər olub.

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 106 santimetr, su sərfi 37,5 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 42,5 kubmetr, maksimal su sərfi isə iyunun 12-si saat 08:00-da 42,7 kubmetr/saniyə təşkil edib.

Teqlər: