Kurslara qoyulan 10 nəfər say limiti ləğv olunur

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib

Trend xəbər verir ki, 2022-ci il martın 6-dan 10 nəfərdən artıq
şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata
keçirilməsi məhdudiyyəti ləğv olunur.

Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv olunması şamil
olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən
edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim
olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə
saxlanılır.


Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə
müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya
əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin
pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq məsuliyyətə cəlb ediləcəklər.

Koronavirus infeksiyasının yayılmasıının qarşısı almaq məqsədilə
sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara,
habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət
olunması zəruridir.

Teqlər: