Kursk vilayətinin sərhəd rayonlarını 122 mindən çox insan tərk edib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin informasiya siyasəti departamentinin direktor müavini Artem Şarov brifinqdə deyib.
O bildirib ki, təxliyə tədbirləri başlayandan indiyədək 9 sərhəd rayonunun ərazisindən 122 mindən çox insan köçürülüb. Gün ərzində 500-ə yaxın insan təhlükəli ərazilərdən təxliyə edilib.