Ukraynanın Kursk ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti həmləsinin qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 9:00 radələrində baş verib:
“Görülən tədbirlər nəticəsində kustar üsulla hazırlanmış PUA zərərsizləşdirilib”.