Rusiya qoşunları Kursk vilayətindəki 13 yaşayış məntəqəsi ərazisində Ukrayna qüvvələrinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Aviasiya zərbələri, artilleriya atəşi və qoşunların hərəkətləri ilə Borki, Quevo, Darino, Zelyonıy Şlyax, Kositsa, Lyubimovka, Malaya Loknya, Martınovka, Novaya Soroçina, Novoivanovka, Nikolaevo-Daryino, Pokrovski və Uspenovka yaşayış məntəqələrinin ərazilərindəki 22-ci, 61-ci və 115-ci mexanikləşdirilmiş, 17-ci tank, 80 və 95-ci hava hücumu briqadalarının, Milli Qvardiyanın 1-ci briqadasının, eləcə də 129-cu ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası məhv edilib”, – məlumatda qeyd olunub.