Kursk vilayətinin operativ qərargahı Kursk AES-in yerləşdiyi Kurçatov şəhərindəki su anbarının sularında məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
“Regional əməliyyat qərargahı Kurçatov su anbarının sularında və onun sahil zonasında mədəni, idman və digər tədbirlərin keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib. Kiçik qayıqların, reaktiv xizəklərin və digər su gəmilərinin də hərəkəti qadağandır. Bundan əlavə, sahil zonasında əyləncə məkanlarının fəaliyyəti və kütləvi tədbirlərin keçirilməsi müvəqqəti qadağandır”, – o qeyd edib.