Ukrayna əsgərləri Kursk bölgəsində rus qoşunlarına güclü hava zərbəsi endiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.
Onun sözlərinə görə, PUA-nın idarəetmə mərkəzi, elektron döyüş bölməsi, avadanlıqlar, silahlar və 40-a qədər Rusiya hərbçisi vurulub.
O, güclü zərbənin görüntülərini də nümayiş etdirib:
“Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli Amerika GBU-39 bombaları ilə Kursk vilayətindəki taqım qalasına endirdiyi hava hücumu belə görüntülənir”.