Rusiyanın Kursk vilayətinə daxil olan ukraynalı hərbçilərlə təxliyə oluna bilməyən yerli sakinlər arasında maraqlı dialoq baş verib.
AzerTimes xəbər verir ki, iki yaşlı qadın ukraynalı hərbçilərdən onları aparmalarını istəyib.
Ukraynalı hərbçi isə texnikanın sursatla dolu olduğu üçün onları apara bilməyəcəyini deyib və qadınların birindən Ukrayna dilində danışmasının səbəbini soruşub.
Qadın isə ukraynalı olmasa da, bu dili bildiyini söyləyib.
Sonda əsgərin “Ukraynaya eşq olsun” çağırışına da qadın müsbət reaksiya verib.