Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Kurskda keçirilən əməliyyat zamanı Ukrayna ordusu rusların mübadilə çərçivəsində tez bir zamanda geri qayıtmaq istəyəcəkləri “yağlı fiqurları” əsir götürüb.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Batkivşina Partiyasından olan deputat Mixail Tsimbalyuk deyib.

“Mübadilə fondunu təcili artırmaq lazımdır və bu əməliyyat göstərdi ki, xüsusilə çeçenlər – “Əhməd”in xüsusi təyinatlıları haqqında danışanlar sadəcə bu fondu dolduracaqlar, sonra ruslar onları dəyişmək təklifi ilə çıxış edəcəklər. Orada həqiqətən yalnız çağırışçılar deyil, hərbçilərin öz aralarında dediyi kimi, Rusiyanın mümkün qədər tez mübadilə etmək istəyəcəyi “yağlı fiqurlar” var”, – Tsimbalyuk bildirib.

Teqlər: