Ehtiyac yaranarsa, Rusiyanın Kursk vilayətində hərbi komendantlıqlar yaradılacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Biz Rusiyada aktiv fəaliyyət həyata keçirərkən, beynəlxalq konvensiya və beynəlxalq humanitar hüququn tələblərinə riayət edirik”, – Zelenski qeyd edib.