Ukrayna Silahlı Qüvvələrinin davam edən hücumları səbəbindən Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
AzerTimes xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında məlumat verib.
“Kursk vilayətində, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalır, düşmən qüvvələrinin bölgə ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün bu gündən etibarən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldim”, – A.Smirnov vurğulayıb.
Smirnov əlavə edib ki, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.
Kursk vilayəti hökumətinin məlumatına görə, bir neçə min insan Kursk vilayətinin sərhədyanı rayonlarını tərk edib, onlardan 600-dən çoxu müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib.