Rusiyanın Kursk vilayətinə PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“PUA Sucan rayonunun Qornal kəndindəki Nikolsk-Beloqorsk monastırının yaxınlığına düşüb. Zərbə nəticəsində monastıra heç bir ziyan dəyməsə də, bir nəfər yerli sakin yaralanıb”, – məlumatda qeyd olunub.