Kurska hücumun uzunmüddətli hədəflərini müzakirə edirik – ABŞ

Kurska hücumun uzunmüddətli hədəflərini müzakirə edirik – ABŞ

Vaşinqton Kiyevlə Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə yürüşünün uzunmüddətli hədəflərini müzakirə edir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder danışıb.

Eyni zamanda, Rayder ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu açıq şəkildə dəstəkləməyə hazır olub-olmadığı sualına cavab verməkdən yayınıb:

“Biz onların məqsədlərini ukraynalılarla müzakirə etməyə davam edirik. ABŞ Ukraynanın gələcəkdə təcavüzü dəf etməyə qadir olan azad və suveren ölkə olmasını təmin etməyə diqqət yetirir”.

Teqlər: