Ukrayna qoşunlarının Kursk vilayətinə daxil olması Qərb tərəfindən sanksiyalaşdırılıb.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmisi Mariya Zaxarova deyib.
“Qərb liderləri əslində Kiyevin dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətləri və terror aktlarını bəyənirlər. Ukrayna Silahlı Qüvvələrinin ərazimizi işğal etmək cəhdi quldur xunta ilə hər hansı danışıqların mümkünlüyünü ləğv edir”, – diplomat vurğulayıb.