Ukrayna Silahlı Qüvvələri “Qazprom”un Avropaya əsas nasos stansiyasını ələ keçirdikdən sonra Avropada qazın qiyməti dekabrdan bəri ən yüksək səviyyəyə qalxıb.
AzerTimes xəbər verir ki, bunu “Moskva Tayms” yazıb.
Məlumata görə, çərşənbə günü Avropada qazın qiyməti 5,5% artaraq 1000 kubmetr üçün 445 dollara çatıb.
Nəşrin yazdığına görə, bahalaşma Kursk vilayətində gedən döyüşlər fonunda baş verib.
Çərşənbə günü səhər saatlarında Ukrayna ordusunun bölmələri Kursk vilayətinə daxil olub və günün sonuna qədər təxminən 25 km irəliləyərək onlarla yaşayış məntəqəsini, eləcə də Suca nasos stansiyasını ələ keçirib.