Kursk əməliyyatları: Putinə məruzə edildi

Kursk əməliyyatları: Putinə məruzə edildi

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin birgə qoşun qruplaşmasının rəhbərliyi ilə görüşüb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, görüş Müdafiə Nazirliyinin komanda məntəqələrindən birində baş tutub.

Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskidən Kursk vilayəti ərazisini işğal etmiş düşmən qüvvələrinə qarşı mübarizə və onların məhv edilməsi üçün görülən tədbirlər, habelə xüsusi əməliyyatın hazırkı nəticələri haqqında məruzələrini dinləyib.

Prezident hərbi dəstələrin komandirlərinin onlara həvalə edilmiş ərazilərdə əməliyyat şəraiti ilə bağlı telefonla məruzələrini də dinləyib.

Teqlər: