Kursk əməliyyatı yüksək risk altındadır – VSJ

Kursk əməliyyatı yüksək risk altındadır – VSJ

Kursk vilayətinə hücumla əlaqədar Ukrayna ordusu seçim qarşısında qalıb: Ukrayna Silahlı Qüvvələri üçün cəbhənin digər bölmələrindəki çətin vəziyyəti nəzərə alaraq, bu bölgəyə qüvvələr sərf etməyə dəyərmi?

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Ukraynanın Rusiyaya (Kursk vilayəti) hücumu sürətli uğurdan sonra dilemma ilə üzləşir. Kiyev qüvvələri bir çox yerdə hələ də silah və say baxımından azlıqdadır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Kiyev üçün dilemma Kurskda gələcək uğurlara nail olmaq məqsədilə cəbhənin digər istiqamətlərində əhəmiyyətli miqdarda ehtiyac duyulan şəxsi heyət və hərbi texnikanın “xərclənməsi” məsələsidir:

“Ukraynanın canlı qüvvə və hərbi texnika çatışmazlığını nəzərə alsaq, bu əməliyyat yüksək risk daşıyır”.

Teqlər: