Ukrayna qüvvələri Kursk bölgəsində elan etdikləri qədər əraziyə nəzarət etmirlər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Avqustun 13-də Ukrayna Prezidenti Vladimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini elan etmişdi (Ukrayna ordusunun baş komandanı Sırski Zelenskiyə məruzəsində bu rəqəmi səsləndirmişdi – red.). Lakin geolokasiya ilə bağlı videolar göstərir ki, avqustun 13-nə Ukrayna qüvvələri Kursk vilayətinin təxminən 41 yaşayış məntəqəsində və ya yaxınlığında əməliyyat aparır. Baxmayaraq ki, ərazidə son dərəcə kiçik yaşayış məntəqələri çoxdur”, – hesabatda qeyd olunub.
Qeyd edək ki, Rusiya yalnız 28 yaşayış məntəqəsinin Ukraynanın nəzarətinə keçdiyini təsdiqləyib.